Elmar Məmmədyarov İsrail səfiri ilə görüşüb

Elmar Məmmədyarov İsrail səfiri ilə görüşüb İki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub
Xarici siyasət
29 İyul , 2015 17:17
Elmar Məmmədyarov İsrail səfiri ilə görüşüb

Bakı. 29 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İsrailin Azərbaycan Respublikasındakı səfiri Rafael Harpazı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə olunub.

Səfir Rafael Harpaz diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin genişlənməsi üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan ilə İsrail arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə səfirə öz təşəkkürünü bildirib və ona gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi