Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb - FOTO - VİDEO - YENİLƏNİB

Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb - FOTO - VİDEO - YENİLƏNİB İstanbul. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Elmar Məmmədyarovla İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif arasında oktyabrın 30-da İstanbulda keçirilən görüş barədə məlumat yayıb.
Xarici siyasət
30 Oktyabr , 2018 13:05
Elmar Məmmədyarov İranın xarici işlər naziri ilə görüşüb - FOTO - VİDEO - YENİLƏNİB
Report
0 : 00
0 : 00

İstanbul. 30 oktyabr. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici işlər naziri Elmar Məmmədyarovla İranın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərif arasında oktyabrın 30-da İstanbulda keçirilən görüş barədə məlumat yayıb. 

XİN-dən "Report"a verilən məlumata görə, görüş Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin VI üçtərəfli görüşü çərçivəsində baş tutub.

Nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər bölgədə sülh və təhlükəsizliyin gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər və bu xüsusda suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət, habelə bütün mübahisələrin sülh yolu ilə həlli və daxili məsələlərə qarışmamaq kimi beynəlxalq hüququn prinsipləri üzrə öhdəliklərini vurğulayıblar. 

Nazirlər bölgədə həyata keçirilən nəqliyyat infrastrukturu və tranzit layihələrinin əhəmiyyətini ön plana çəkərək, Bakı-Tbilisi-Qars dəmir yolunun açdığı imkanlardan tam istifadə edilməsinin və Rəşt-Astara dəmir yolunun tikintisinin ən qısa müddətdə tamamlanmasının vacibliyini qeyd ediblər. Həmçinin limanların imkanlarndan tam şəkildə istifadə edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin tərəflər arasında elm və texnologiya, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlıq imkanları barəsində müzakirələr aparılıb.


*** 11:23

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, görüş Dolmabaxça sarayında keçirilib.

Nazirlər iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin hazırkı durumu, o cümlədən nəqliyyat, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Tərəflər iki ölkə arasında dərin tarixi köklərin, din və mədəni ortaqlığın olduğunu vurğulayıblar, iki qonşu ölkənin iqtisadi tərəqqi və davamlı inkişafa töhfə verə biləcək sahələrdə əməkdaşlığının zəruriliyini diqqətə çatdırıblar. XİN başçıları eyni zamanda yeni layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd ediblər.

Daha sonra Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli formatda altıncı görüşü başlayıb. 

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi