Elmar Məmmədyarov Hamburqda GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib

Elmar Məmmədyarov Hamburqda GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib Nazirlər idman-gənclər sahəsində İşçi qrupunun yaradılmasına dair razılığa gəliblər
Xarici siyasət
8 Dekabr , 2016 20:07
Elmar Məmmədyarov Hamburqda GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Hamburqda Demokratiya və İqtisadi İnkişaf naminə GUAM təşkilatının xarici işlər nazirlərinin 28-ci iclasına sədrlik edib.

XİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Azərbaycan Respublikası rotasiya qaydası əsasında GUAM təşkilatında sədrliyi həyata keçirir. 

İclasda GUAM çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, habelə müxtəlif sahələrdə layihələrin həyata keçirilməsi, parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi, üzv dövlətlər arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi yolları müzakirə edilib. Nazirlər idman-gənclər sahəsində İşçi qrupunun yaradılmasına dair razılığa gəliblər.

Tərəflər GUAM-ın beynəlxalq təşkilatlar və tərəfdaş ölkələrlə əməkdaşlığının genişləndirilməsinin zəruriliyinə toxunublar və bu istiqamətdə səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşün sonunda iclasın protokolu təsdiq olunub.

İclasın ardınca “GUAM-Yaponiya” görüşünün növbəti mərhələsi keçirilib.

Son xəbərlər

Orphus sistemi