Elmar Məmmədyarov Gürcüstanın baş naziri və parlament sədri ilə görüşəcək

Elmar Məmmədyarov Gürcüstanın baş naziri və parlament sədri ilə görüşəcək Gürcüstan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 23-də Tbilisidə keçiriləcək səkkizinci görüşündə 2020-2022-ci illər üçün fəaliyyət planı müzakirə olunacaq.
Xarici siyasət
22 Dekabr , 2019 15:41
Elmar Məmmədyarov Gürcüstanın baş naziri və parlament sədri ilə görüşəcək

Gürcüstan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 23-də Tbilisidə keçiriləcək səkkizinci görüşündə 2020-2022-ci illər üçün fəaliyyət planı müzakirə olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, sənəddə hər üç ölkənin müvafiq qurumlarının konkret fəaliyyətləri öz əksini tapacaq.

Gürcüstanın baş naziri Giorgi Qaxaria Azərbaycan və Türkiyənin xarici işlər nazirləri – Elmar MəmmədyarovMövlud Çavuşoğlu ilə görüş keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıq məsələləri və perspektivlər barədə fikir mübadiləsi aparılacaq.

E.Məmmədyarov Gürcüstana səfəri çərçivəsində bu ölkənin parlament sədri Arçil Talakvadze ilə də görüş keçirəcək.

Son xəbərlər

Orphus sistemi