Elmar Məmmədyarov Gürcüstana gedib

Elmar Məmmədyarov Gürcüstana gedib Səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə XİN başçılarının görüşündə iştirak etməkdir
Xarici siyasət
18 Fevral , 2016 18:31
Elmar Məmmədyarov Gürcüstana gedib

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin fevralın 19-da Tbilisi şəhərində keçiriləcək beşinci üçtərəfli görüşündə iştirak etməkdir.

Son xəbərlər

Orphus sistemi