Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri ilə görüşüb

    Qeyd olunub ki, iki ölkə arasında həyata keçirilən layihələr qlobal xarakter daşıyır

    Bakı. 29 avqust. REPORT.AZ/ Gürcüstanda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkə parlamentinin Sədri David Usupaşvili ilə görüşüb.

    Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumatına görə, görüşdə bildirilib ki, ölkələrimiz arasında inkişaf edən dostluq və tərəfdaşlıq əlaqələrinin vacib komponentlərindən biri də parlamentlərarası əməkdaşlıqdır və iki ölkə parlamenti arasında qurulmuş sıx əlaqələr dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verir.

    David Usupaşvili Azərbaycan Milli Məclisi ilə qurulan əməkdaşlıqdan məmnun olduqlarını bildirib və bunu dostluq əlaqələri kimi ifadə edib. Parlamentin sədri iki ölkə arasında mövcud olan uğurlu əməkdaşlığa parlament səviyyəsində töhfə verməyə çalışdıqlarını deyib.

    Görüşdə qeyd olunub ki, ölkələrimiz arasında həyata keçirilən layihələr qlobal xarakter daşıyır və bu layihələr iki ölkə arasında mövcud əməkdaşlığın göstəricisidir.

    Gürcüstana səfəri və bu ölkənin xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verən Elmar Məmmədyarov, aparılmış müzakirələri faydalı və səmələri adlandırıb. Nazir xüsusi vurğulayıb ki, Azərbaycanla Gürcüstan beynəlxalq səviyyədə ortaq mövqedən çıxış edir və bir-birilərini qarşılıqlı şəkildə dəstəkləyir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi