Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov G20-nin zirvəsi çərçivəsində təşkil olunan işçi naharda iştirak edib

    Nahar Türkiyənin xarici işlər naziri Firudin Sınıroğlu tərəfindən təşkil olunub

    Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyənin Antalya şəhərində keçirilən G20-nin zirvə toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Firudin Sınıroğlu tərəfindən tədbirdə dövlət və hökumət başçılarını müşayiət edən bir qrup xarici işlər nazirlərinin iştirakı ilə işçi nahar keçirilib.

    “Report”un Türkiyə XİN-in yaydığı məlumata əsasən, işçi naharda Azərbaycan, ABŞ, Rusiya, Səudiyyə Ərəbistanı, Meksika, Cənubi Koreya, İndoneziya, Afrika İttifaqının hazırki sədri statusunda Zimbabve, Argentina və Çinin xarici işlər nazirləri, Böyük Britaniyanın isə dövlət naziri iştirak edib.

    Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi