Elmar Məmmədyarov Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidentini qəbul edib

Elmar Məmmədyarov Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidentini qəbul edib Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
27 Aprel , 2015 19:41
Elmar Məmmədyarov Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidentini qəbul edib

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Rocer Çukerman Azərbaycanın sürətli inkişafının böyük təəssüratlar doğurduğunu diqqətə çatdırıb və Azərbaycan xalqının zəngin mədəniyyətlərarası və dinlərarası dialoq təcrübəsinin dünya üçün nümunə olduğunu vurğulayıb.

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın milli təcrübə əsasında beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa verdiyi töhfəsindən danışaraq, ölkənin əldə etdiyi nailiyyətlər haqqında məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi