Elmar Məmmədyarov Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib

Elmar Məmmədyarov Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib Aurelia Buşe diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib
Xarici siyasət
3 Noyabr , 2015 20:30
Elmar Məmmədyarov Fransanın yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 3 noyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Aurelia Buşeni qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə səfir Aurelia Buşe etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Azərbaycan və Fransa arasında siyasi, iqtisadiyyat, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Səfir Aurelia Buşe diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Aurelia Buşeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi