Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov Daşkənddə İƏT XİN başçıları Şurasında iştirak edəcək

    Azərbaycan XİN başçısının çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub

    Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 43-cü xarici işlər nazirləri şurasında iştirak edəcək.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, şura oktyabrın 18 və 19-da “Təhsil və Maarifçilik: Sülh və Yaradıcılığa doğru yol” mövuzusu altında keçiriləcək.

    İƏT xarici işlər nazirlərinin şurasında Elmar Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi