Elmar Məmmədyarov Çinin Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Elmar Məmmədyarov Çinin Azərbaycana yeni təyin olunan səfirini qəbul edib Səfir etimadnaməsinin surətini Azərbaycan xarici işlər nazirinə təqdim edib
Xarici siyasət
18 İyul , 2016 16:24
Elmar Məmmədyarov Çinin Azərbaycana yeni təyin olunan səfirini qəbul edib

Bakı. 18 iyul. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Çinin Azərbaycana yeni təyin olunan səfiri Vey Jinxuanı qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib. 

Vey Jinxua iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib. 

Görüşdə 2015-ci ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşlər və səfər zamanı imzalanan sənədlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Qarşılıqlı etimad əsasında iki ölkə arasında davamlı surətdə inkişaf edən siyasi dialoqun ruhuna uyğun olaraq, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin vacibliyi qeyd olunub. Tezliklə fəaliyyətə başlaması nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin həyata keçirilməsinə əsaslı töhfə vermək iqtidarında olduğu bildirilib. 

E.Məmmədyarov beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Çinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Səfir dövlətlərin ərazi bütövlüyünün dəstəklənməsinin ölkəsinin dəyişməz və prinsipial mövqeyi olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi