Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib Bakı. 10 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Ekerti qəbul edib.
Xarici siyasət
10 Sentyabr , 2018 16:50
Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
mfa.gov.az
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Çexiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Milan Ekerti qəbul edib.

Nazirlikdən "Report"a verilən məlumata görə, E.Məmmədyarov qonağı səfir təyin olunması münasibətilə təbrik edib. 

M.Ekert etimadnaməsinin surətini nazirə təqdim edib.

Səfir fəaliyyəti dövründə Azərbaycan ilə Çexiya arasında ənənəvi dostluq münasibətlərinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb. O, Azərbaycanın regionda Çex Respublikasının strateji və etibarlı tərəfdaşı olduğunu vurğulayıb.

Görüş əsnasında Azərbaycanla Çexiya arasındakı münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkələrimiz arasında iqtisadi-ticarət və turizm əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensilaın mövcud olduğu qeyd edilib. Həmçinin fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin ikitərəfli ticarət münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olunub.

Nazir səfirə fəaliyyətində uğurlar arzulayıb. 

Son xəbərlər

Orphus sistemi