Yuxarı

Elmar Məmmədyarov Brüsseldə Əfqanıstan üzrə konfransda iştirak edir

Konfransa həmçinin Federika Mogerini, İrina Bokova və Əfqanıstan prezidenti Əşrəf Qani qatılıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqının (Aİ) Əfqanıstan üzrə konfransı başlayıb.

"Report" xəbər verir ki, konfransa Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, YUNESKO-nun Baş direktoru İrina Bokova və Əfqanıstan Prezidenti Əşrəf Qani qatılıb. Onların konfransın açılış mərasimində çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da konfransda iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi