Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin rəhbəri ilə görüşüb
Xarici siyasət
27 Sentyabr , 2018 16:56
Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin rəhbəri ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Terrorçuluğa qarşı Mübarizə Komitəsinin İcraçı Direktoratlığının (CTED) rəhbəri Mişel Koninks ilə görüşüb.

Bu barədə "Report"a XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə CTED nümayəndə heyətinin cari ilin iyul ayında Bakıya səfərinə istinad edilərək, Azərbaycanın Terrorçuluğa qarşı Mübarizə Komitəsinin tövsiyələrinin və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi sahəsində CTED ilə əməkdaşlığı məmnunluqla vurğulanıb.

Tərəflər eyni zamanda terrorçuluğa qarşı mübarizə sahəsində qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə fikir mübadiləsi aparıb.