Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisini qəbul edib

    Nazir Antonius Bruka gələcək fəaliyyətində uğurlar arzulayıb

    Bakı. 16 dekabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruku fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

    XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov BMT İnkişaf Proqramının rezident nümayəndəsi kimi fəaliyyəti müddətində Azərbaycan və BMT strukturları arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə Antonius Bruka təşəkkürünü ifadə edib. Müstəqilliyinin ilk illərindən Azərbaycan və BMT sistemi arasında faydalı və hərtərəfli əməkdaşlığın qurulduğunu deyən nazir ölkəmizin BMT çərçivəsində siyasi dialoq və praktiki əməkdaşlıqda fəal iştirak etdiyini bildirib. O, Azərbaycanın BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verdiyini nəzərə çatdırıb. Bu xüsusda Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi naminə məhsuldar fəaliyyətini qeyd edib.

    Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilməli olduğunu vurğulayıb.

    Antonius Bruk fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, həmçinin Azərbaycan və BMT-nin əsas orqanları və ixtisaslaşmış təşkilatları ilə əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

    Nazir Elmar Məmmədyarov Antonius Bruka gələcək fəaliyyətində uğurlar arzulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi