Elmar Məmmədyarov Belçika və Malayziya xarici işlər nazirləri ilə görüşüb

Elmar Məmmədyarov Belçika və Malayziya xarici işlər nazirləri ilə görüşüb Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Xarici siyasət
23 Sentyabr , 2017 13:25
Elmar Məmmədyarov Belçika və Malayziya xarici işlər nazirləri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report

Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 72-ci sessiyası çərçivəsində belçikalı həmkarı Didye Reynders və malayziyalı həmkarı Dato' Sri Anifah Aman ilə görüşüb.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşlərdə müvafiq olaraq ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. 

Ölkələr arasında mədəniyyət, turizm, nəqliyyat, kənd təsərrüfatı və humanitar sahələrində əməkdaşlıq üçün əlverişli imkanların mövcudluğu vurğulanıb.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub və BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi