Azərbaycanın xarici işlər naziri
Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, nazirlər iki ölkə arasında siyasi əlaqələrin inkişafından məmnunluq ifadə edərək, ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə və münasibətlərin gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsində oynadığı mühüm rolu vurğulanıb.
Ölkələr arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın davam etdirilməsinin önəmi qeyd olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.