Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov: "Azərbaycanın Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir"

    Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək və bununla Əfqanıstanın davamlı gələcəyi üçün imkanlar açacaq Yeni İpək Yolunun mühüm hissəsidir

    Bakı. 1 dekabr. REPORT.AZ/ "Bu gün Əfqanıstanda problemlər qalmaqdadır və biz əfqan dostlarımızla daha çox işlər görməliyik. Azərbaycan bu məqsədlə öz səylərini davam etdirmək və qoşun, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə Qətiyyətli Dəstək Missiyasına (QDM) əhəmiyyətli dərəcədə töhfə vermək əzmindədir".

    Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə keçirilən NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlərin toplantısında çıxışı zamanı bildirib.

    "Mən ölkəmin QDM-ə eyni sayda heyətdən ibarət qoşunla verdiyi töhfəsinin 2016-cı il ərzində də davam etdiriləcəyini bir daha bildirirəm. Əlavə olaraq, Azərbaycan Əfqanıstan Milli Ordusu Etimad Fonduna artıq 1 milyon avro ianə şəklində yardım edib və 2017-ci ilin sonuna qədər Əfqanıstan Milli Ordusu Etimad Fonduna 2 milyon avro töhfə verəcək. İlk tranş artıq NATO/Əfqanıstan Milli Ordusu Etimad Fonduna köçürülüb. Bundan başqa, mən QDM-in tamamlanmasından sonra NATO-nun gücləndirilmiş Davamlı Tərəfdaşlıq missiyasına qoşulmaq üzrə prinsipial razılığımızı vurğulamaq istərdim", - nazir deyib.

    E.Məmmədyarov vurğulayıb ki, Azərbaycanın Əfqanıstanın sabitliyinə töhfəsi NATO əməliyyatlarında iştirakdan genişdir: "Biz təhsil və təlim, infrastruktur və nəqliyyatın inkişafı, investisiyalar sahəsində və maliyyə yardımı vasitəsilə əməli töhfələrimizi artırmaqla, Əfqanıstanı özü-özünü təmin etmək məqsədilə tutduğu islahatlar yolunda dəstəkləyirik. Azərbaycan Əfqanıstanı Avropa ilə birləşdirəcək və bununla Əfqanıstanın davamlı gələcəyi üçün imkanlar açacaq Yeni İpək Yolunun mühüm hissəsidir". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi