Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları ilə görüşüb

Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları ilə görüşüb Görüşdə turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb
Xarici siyasət
2 Oktyabr , 2017 15:40
Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları ilə görüşüb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Avstriyadakı fəxri konsulları Helmut Mantsenrayter və Andreas Köniqsberqer ilə görüşüb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, nazir hər iki şəxsi fəxri konsul qismində fəaliyyətə başlamaları münasibətilə təbrik edib və həmsöhbətlərə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları, ölkədə aparılan köklü iqtisadi islahatlar barədə məlumat verib. 

Görüşdə Azərbaycan və Avstriya arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, turizm, hava nəqliyyatı və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb.

H.Mantsenrayter və A.Köniqsberqeri fəaliyyətləri dövründə iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, Avstriya şirkətlərinin və sərmayəsinin Azərbaycana cəlb edilməsi üçün səylərini əsirgəməyəcəklərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi