Elmar Məmmədyarov: "Azərbaycan terrorizmi, onun bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir"

Elmar Məmmədyarov: "Azərbaycan terrorizmi, onun bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir" Azərbaycanın xarici işlər naziri fransalı həmkarına başsağlığı məktubu göndərib
Xarici siyasət
14 Noyabr , 2015 13:06
Elmar Məmmədyarov: Azərbaycan terrorizmi, onun bütün forma və təzahürlərini kəskin şəkildə pisləyir

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Parisdə törədilmiş terror aktları ilə əlaqədar Fransa Respublikasının xarici işlər və beynəlxalq inkişaf naziri Laurent Fabiusa başsağlığı məktubu göndərib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məktubda Elmar Məmmədyarov baş vermiş faciə ilə əlaqədar Fransa xarici işlər nazirinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa dilədiyini bildirib.

E.Məmmədyarov Azərbaycanın terrorizmi, onun bütün forma və təzahürlərini kəskin şəkildə pislədiyini qeyd edərək, ona qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasının zəruriliyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi