Elmar Məmmədyarov: "Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır"

Elmar Məmmədyarov: "Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır" Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib
Xarici siyasət
3 Avqust , 2016 11:57
Elmar Məmmədyarov: Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır

Bakı. 3 avqust. REPORT.AZ/ "Azərbaycan qardaş ölkə kimi daim Türkiyənin yanındadır".

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu XİN rəhbəri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı zamanı deyib.

Elmar Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirib.

Mövlud Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi