Elmar Məmmədyarov: "Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşünün keçirilməsi təklif edilmişdi"

Elmar Məmmədyarov: "Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşünün keçirilməsi təklif edilmişdi" Azərbaycan belə görüşün keçirilməsinə razıdır, amma o, nəticə verməlidir
Xarici siyasət
31 Yanvar , 2017 13:10
Elmar Məmmədyarov: Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşünün keçirilməsi təklif edilmişdi

Bakı. 31 yanvar. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya xarici işlər nazirinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təklif edilmişdi. Amma bu görüş, təəssüf ki, baş tutmadı".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu yaxınlarda Moskvaya etdiyi səfərinin yekunlarını şərh edərkən deyib.

XİN başçısı bildirib ki, Azərbaycan belə görüşün keçirilməsinə razıdır, amma orada aparılan müzakirələr nəticə verməlidir.

O, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin dörd qətnaməsinin icra olunmamış qaldığını xatırladıb.

"BMT qətnamələri Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını xahiş yox, tələb edir", - deyə E.Məmmədyarov bildirib.

Son xəbərlər

Orphus sistemi