Elmar Məmmədyarov avropalı həmkarları ilə Azərbaycan-Aİ münsaibətlərinin genişləndirilməsini müzakirə edib

Elmar Məmmədyarov avropalı həmkarları ilə Azərbaycan-Aİ münsaibətlərinin genişləndirilməsini müzakirə edib Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Belçika Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders, Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Layçak və Maltanın xarici işlər və ticarət təşviqi naziri Karmelo Abela ilə görüşüb.
Xarici siyasət
28 Sentyabr , 2018 15:32
Elmar Məmmədyarov avropalı həmkarları ilə Azərbaycan-Aİ münsaibətlərinin genişləndirilməsini müzakirə edib
0 : 00
0 : 00

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Belçika Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Didye Reynders, Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Layçak və Maltanın xarici işlər və ticarət təşviqi naziri Karmelo Abela ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirlər ölkələr arasında siyasi dialoq, iqtisadi-ticari və digər sahələrdə uğurla inkişaf edən əməkdaşlığın davam etdirilməsi barədə ümumi fikir mübadiləsi aparıblar.

Eyni zamanda tərəflər, Azərbaycan-Avropa İttifaqı arasındakı qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi yollarını müzakirə ediblər.

Görüşlər zamanı həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və BMT Baş Assambleyasının gündəliyində olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi