Elmar Məmmədyarov: "ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu regional nəqliyyat layihələrinə töhfə verə bilər"

Elmar Məmmədyarov: "ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu regional nəqliyyat layihələrinə töhfə verə bilər" XİN başçısı: "Azərbaycan özünü doğruldub, ölkədə siyasi sabitlik var"
Xarici siyasət
13 Mart , 2018 11:28
Elmar Məmmədyarov: ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu regional nəqliyyat layihələrinə töhfə verə bilər
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report

Bakı. 13 mart. REPORT.AZ/ “Azərbaycan kiçik ölkədir, okeana çıxış yolu yoxdur. Bu baxımdan İpək Yoluna Dəstək Qrupu düşünürəm, çox yaxşı təşəbbüsdür”.

“Report”un xəbərinə görə, bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun Bakıda keçirilən beynəlxalq konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, bu qrup ATƏT-ə üzv dövlətlərin əməkdaşlığını vacib sayır: “Bu istiqamətdə atılan addımları müsbət qarşılayıram. Bu qrup fəal olmalıdır, böyüməlidir. Bu platforma regional nəqliyyat layihələrinə töhfə verə bilər”.

E.Məmmədyarov qeyd edib ki, Azərbaycan son illərdə qeyri-neft sektorunda önəmli addımlar atıb: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır. Gələcək əməkdaşlıq üçün nəqliyyat infrastruktunu inkişaf etdirməliyik. Azərbaycan özünü doğruldub, ölkədə siyasi sabitlik var. Bu, iqtisadiyyatın inkişafına təkan verir. Azərbaycan nəqliyyat layihələrinin mərkəzində yerləşir."

Orphus sistemi