Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, E.Məmmədyarov 3-4 dekabr tarixində Belqradda keçiriləcək ATƏT Nazirlər Şurasının 22-ci iclasında iştirak edəcək.
E.Məmmədyarovun toplantıda çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.