Elmar Məmmədyarov Aİ ali nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə edib

Elmar Məmmədyarov Aİ ali nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə edib Tərəflər həmçinin Azərbaycan-Aİ arasında strateji əməkdaşlığa dair müqavilə layihəsini dəstəkləyir
Xarici siyasət
29 Fevral , 2016 21:01
Elmar Məmmədyarov Aİ ali nümayəndəsi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələləri müzakirə edib

Bakı. 29 fevral. REPORT.AZ/ Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Bakıda səfərdə olan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşüb.

Keçirilmiş təkbətək və geniş tərkibli görüşlərin nəticəsi olaraq Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib ki, tərəflər ötən ilin may ayında "Şərq tərəfdaşlığı"na dair Riqa sammiti zamanı rəsmi Bakı tərəfindən təqdim edilən Azərbaycanla Aİ arasında strateji tərəfdaşlığa dair müqavilə layihəsini dəstəkləyir.

"Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan əməkdaşlıq günbəgün möhkəmlənir", - deyə E.Məmmədyarov qeyd edib.

Sonda F.Mogerini E.Məmmədyarovu Brüsselə dəvət edib. 

Son xəbərlər

Orphus sistemi