Yuxarı

​Elmar Məmmədyarov ABŞ-ın Nevada Ştat Assambleyasının nümayəndə heyətini qəbul edib

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 4 aprel. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ prezidenti Barak Obamanın dəvəti ilə Azərbaycan prezidenti cənab İlham Əliyevin Vaşinqtonda keçirilmiş IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və ABŞ-da keçirdiyi görüşlər haqqında danışaraq, səfərin Azərbaycan və ABŞ arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə mühüm töhfə verəcəyinə inamını ifadə edib.

XİN-dən "Report"a verilən məlumata görə, nazir görüş zamanı dövlətlərarası əlaqələrin inkişafında parlament diplomatiyasının mühüm rolunu qeyd edib.

E.Məmmədyarov Azərbaycanın ABŞ-in yerli ştatları ilə də əlaqələrin inkişafına böyük önəm verdiyini bildirərək, bu baxımdan Nevada ştatı ilə iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsində Azərbaycan tərəfinin maraqlı olduğunu diqqətə çatdırıb.

Səmimi qəbul üçün minnətdarlığını bildirən ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Hembrik ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, başçılıq etdiyi Nevada Ştat Assambleyasının da Azərbaycanla iqtisadi-ticari sahədə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu bildirərək, bu baxımdan Assambleya üzvlərindən və iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətli ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi