Elmar Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib

Elmar Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib Görüşlərdə Azərbaycanın dini birgə yaşayış modeli haqda danışılıb
Xarici siyasət
27 May , 2017 08:40
Elmar Məmmədyarov ABŞ-da bir sıra görüşlər keçirib
Foto: Facebook

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Nyu-York şəhərinə səfər edib.

XİN-dən "Report"a verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanın BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaqdır.

E.Məmmədyarov səfər çərçivəsində ABŞ-ın dini icmalarının liderləri ilə görüşüb. Görüşdə nazir tolerantlıq və multikulturalizmin ölkəmizdə tarixən mövcud olduğunu və fəxrlə nəsildən-nəslə ötürüldüyünü qeyd edib. Xalqımızın tolerantlıq ənənələrindən bəhs edən E.Məmmədyarov qədim zamanlardan müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində ölkəmizdə dinc yanaşı yaşadığını bildirib və hazırda konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu əlavə edib və son illər Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərin keçirilməsinin ənənəyə çevrildiyini vurğulayıb və bu xüsusda Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansı üzrə VII Qlobal Foruma ev sahibliyi etdiyini əlavə edib.

Daha sonra nazir Amerika Yəhudi Təşkilatının üzvləri, həmçinin Əsas Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Görüşlərdə Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Nazir Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı, yaşadığını və yaxından cəmiyyətə inteqrasiya olunduğunu qeyd edib.

E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən dözümlülük və multikulturalizmin təşviqinə xüsusi diqqət ayrıldığını deyərək, 2016-ci ilin ölkəmizdə "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam Həmrəyliyi ili" elan olunduğunu deyib. Nazir ölkəmizin ev sahibliyi etdiyi İslam Həmrəylik Oyunlarının uğurla başa çatdığını diqqətə çatdırıb. 

Son xəbərlər

Orphus sistemi