Yuxarı

Elmar Məmmədyarov Xorvatiya Respublikasının Prezidenti ilə görüşüb

Görüş zamanı Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub

Bakı. 8 iyul. REPORT.AZ/ 7-8 iyul 2015-ci il tarixində Xorvatiyaya rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb.

"Report" xəbər verir ki, nazir E.Məmmədyarov prezident seçilməsi münasibətilə xanım Kolinda Qrabar-Kitaroviçə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin səmimi təbrikini və salamlarını çatdırıb.

Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç səmimi təbrikə görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə təşəkkürünü ifadə edib və Prezident İlham Əliyevə salamları və ən xoş arzularının yetirilməsini xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Xorvatiya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü ildə Xorvatiyaya rəsmi səfərinin və səfər çərçivəsində “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi”nin imzalanmasının ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi üçün əlverişli siyasi zəmin yaratdığı qeyd olunub.

Həmçinin görüş zamanı Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviq edilməsi məqsədilə yaradılmış birgə iqtisadi əməkdaşlıq üzrə komissiyanın ilk iclasının tezliklə keçirilməsinin vacibliyi vurğulanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi