Yuxarı

Əli Laricani: "Tərəflər Xəzərin statusu məsələsinin həllinə yaxınlaşır"

Xəzər dənizinin statusunun hüquqi qeydiyyatının olmaması bütün tərəflərə ziyan vurur

Bakı. 21 aprel. REPORT.AZ/ "Xəzəryanı ölkələr arasında yeraltı sərvətlər üzrə fikir ayrılıqları var və bu fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etmək lazımdır".

"Report" xəbər verir ki, bunu İran parlamentinin sədri Əli Laricani TASS-a müsahibəsində deyib.

"Xəzər dənizindən istifadə edənlərin müxtəlif komponentləri, müxtəlif baxış bucaqları, bir sözlə, hər bir ölkənin öz mövqeyi var. Eyni zamanda, ətraf mühitin qorunması məsələləri də var. Diqqət yetirilməli olan müxtəlif aspektli problemlər mövcuddur. Bununla belə, hesab edirəm ki, tərəflər Xəzərin statusu məsələsinin həllinə yaxınlaşır", - deyə Ə.Laricani bildirib.

Onun sözlərinə görə, Xəzəryanı ölkələr həmçinin Xəzərin statusunun hüquqi qeydiyyatının yaradılmasının zəruriliyi qənaətinə gəlib. Ə.Laricani vurğulayıb ki, Xəzər dənizinin statusunun hüquqi qeydiyyatının olmaması bütün tərəflərə ziyan vurur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi