​Əli Hüseynli: “Müəyyən qüvvələrin “Bakı-2015”lə bağlı bizə vurmaq istədiyi zərbə hədəfə çatmayacaq”

​Əli Hüseynli: “Müəyyən qüvvələrin “Bakı-2015”lə bağlı bizə vurmaq istədiyi zərbə hədəfə çatmayacaq” “Azərbaycan Avropa və dünya miqyasında tanınan nüfuzlu, güclü dövlətdir”
Xarici siyasət
30 Aprel , 2015 15:23
​Əli Hüseynli: “Müəyyən qüvvələrin “Bakı-2015”lə bağlı bizə vurmaq istədiyi zərbə hədəfə çatmayacaq”

Bakı. 30 aprel. REPORT.AZ/ “Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının çox böyük əhəmiyyəti var. Birincisi, müasir dünyada idman oyunları ölkələrin, xalqların tanınmasının ən mühüm yollarından biridir. İkincisi, idman tədbirləri ölkədə kütləvi idmana təkan verir. Bu baxımdan, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi xüsusilə önəmlidir”. “Report”un xəbərinə görə, bu YAP-ın rəsmi saytına açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüseynli bildirib ki, idman sağlam həyat tərzidir, yaxşı idmançı həm də yaxşı əsgərdir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin idmanla bağlı siyasəti birbaşa xalqın sağlam yeni nəslinin formalaşmasına xidmət edir.

Qısa zamanda Azərbaycan böyük infrastruk layihələrinin həyata keçirildiyini deyən komitə sədri qeyd edib ki, bütün bunlar infrastrukturun da Avropa standartlarına uyğunlaşdırılmasına gətirib çıxarır: “O kəslər ki, bu sahəyə vəsait xərclənməsini tənqid edirlər, onlar dayaz adamlardırlar və bunun vacibliyini anlamırlar. Çünki bu gün Avropa Oyunları üçün ölkəmizə gələnlər, növbəti mərhələdə bura turizm məqsədi ilə gələcəklər. Yəni hazırda görülən işlər sahibkarlığın, turizmin inkişafı üsçün faydalıdır. Bütün bunlar isə gələcək illərə hesablanıb”.

Ə.Hüseynli qeyd edib ki, Azərbaycan müstəqil siyasət yürüdür, davamlı olaraq güclənir. Onun sözlərinə görə, bunu qəbul edə bilməyən xarici qüvvələrin yeganə vasitəsi Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti tənqid etməkdir: “Amma bütün Azərbaycan ictimaiyyəti üçün məlumdur ki, insan hüquqları mövzusu erməni lobbisi tərəfindən idarə olunur. Ona görə də, ictimaiyyət bu əsassız tənqidlərə ciddi əhəmiyyət vermir. Elə bu işlə məşğul olanlar da ciddi təşkilatlar deyil, hansısa QHT-lərdir ki, sifarişlər yerinə yetirirlər. Əsas odur ki, bu sahə ilə bağlı olan Avropa Olimpiya Komitəsi, Avropadakı bir çox idman federasiyaları, dövlət başçıları, ölkələrin aidiyyatı qurumları bu tədbiri çox ciddi qəbul edir və söyləyirlər ki, ilk Avropa Oyunları yüksək təşkil olunub. Beləliklə də, müəyyən qüvvələrin bizə vurmaq istədiyi zərbə hədəfə çatmayacaq. Azərbaycan bu tədbirə ev sahibliyi etməklə bir daha sübut etmiş olur ki, o, sadəcə regional səviyyəli yox, Avropa və dünya miqyasında tanınan nüfuzlu, güclü dövlətdir”, - komitə sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi