Əli Hüseynli: “Avstriya qondarma “soyqırımı” tanımaqla məsuliyyətdən boyun qaçırdı”

Əli Hüseynli: “Avstriya qondarma “soyqırımı” tanımaqla məsuliyyətdən boyun qaçırdı” “Çanaqqala döyüşü birinci dünya müharibəsinin parlaq səhifələrindən olub”
Xarici siyasət
23 Aprel , 2015 12:46
Əli Hüseynli: “Avstriya qondarma “soyqırımı” tanımaqla məsuliyyətdən boyun qaçırdı”

Bakı. 23 aprel. REPORT.AZ/ “Türklərlə birlikdə azərbaycanlılar da Çanaqqala döyüşündə iştirak ediblər. Tarixçilər türklərin, qafqaz müsəlmanlarının bu istiqamətdə fəaliyyətini araşdırmalıdır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Çanaqqala 100: Qardaş köməyi” sənədli filminin və “Çanaqqala Türküsü” klipinin təqdimat mərasimindəki çıxışında deyib.

O bildirib ki, bir neçə yaradıcı şəxs ölkə üçün belə bir töhfə verməsi təqdirə layiqdir.

Komitə sədrinin sözlərinə görə, bu, əsl vətəndaş mövqeyidir.

Çanaqqala döyüşündən danışan millət vəkili qeyd edib ki, bu döyüş birinci dünya müharibəsinin parlaq səhifələrindən olub: “Türklərlə birlikdə azərbaycanlılar da həmin döyüşdə olublar. Tarixçilər türklərin, qafqaz müsəlmanlarının fəaliyyətini araşdırmalıdır. Azərbaycanlılar həmin döyüşdə Türkiyəyə dəstək veriblər. Birinci dünya müharibəsində iştirak edən gənc türklər idi, onlar gələcək respublika qurmaq uğrunda mübarizə aparırdılar. Bu zaman Türkiyə ilə Azərbaycan daha da yaxınlaşdı. Bu münasibətlər Azərbaycan müstəqillik əldə etikdən sonra da inkişaf etdirildi. Bir sözlə, Türkiyə bu müharibədə qələbə qazandı. Amma Avstriya qondarma “erməni soyqırımı”nı tanıdı. Çünki o zamanlar Avstriya Türkiyə və Almaniya ilə birgə ittifaqda idi. Bu “soyqırımı” tanımaqla məsuliyyətdən boyun qaçırdı”.

Son xəbərlər

Orphus sistemi