Yuxarı

Əli Həsənov Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Katibliyinin üzvü ilə görüşüb

Prezidentin köməkçisi:Azərbaycan Çinin İpək yolu iqtisadi zolağının yaranması təşəbbüsünü dəstəkləyir

Bakı. 18 mart. REPORT. AZ/ Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Yeni Azərbaycan Partiyası Siyasi Şurası və İdarə Heyətinin üzvü Əli Həsənov Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Katibliyinin üzvü, Çin Xalq Siyasi Məsləhət Şurası sədrinin müavini Du Tsinlinlə görüşüb.

"Report" xəbər verir ki, bu haqda Çinin rəsmi "Sinxua" Agentliyi məlumat yayıb.

Görüşdə Du Tsinlin bildirib ki, partiyalararası münasibətlər Çin - Azərbaycan münasibətlərinin vacib hissəsidir: "Çin Kommunist Partiyası iki ölkə arasında münasibətlərin inkişafını tənzimləmək üçün Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir".

Əli Həsənov öz növbəsində qeyd edib ki, Azərbaycan tərəfi Çinin "İpək yolu" iqtisadi zolağının yaranması təşəbbüsünü dəstəkləyir, eləcə də Çin Kommunist Partiyası ilə əməkdaşlığı gələcəkdə də gücləndirməyə hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi