Yuxarı
    Bağlamaq

    Əli Həsənov İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 11-ci toplantısının Azərbaycanda keçirilməsini təklif edəcək

    Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi işinə həmişə öz töhfəsini verib

    Bakı. 3 dekabr. REPORT.AZ/ “Azərbaycan Respublikası dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib və bundan sonra da bu sahədə qarşısında duran vəzifələri tam icra etmək əzmindədir”. “Report”un xəbərinə görə, bu barədə “AzərTAc”a müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) informasiya nazirlərinin Tehranda keçirilən 10-cu iclasında iştirak edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov məlumat verib.

    Əli Həsənov bildirib ki, 2017-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulan IV İslam Həmrəyliyi Oyunları İƏT üzvü olan ölkələrin ümumi mənafeyinə xidmət edəcək: “Artıq Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb. Çalışacağıq ki, IV İslam Həmrəyliyi Oyunları İslam dünyasının zəngin potensialının, müsəlman ölkələri arasında dostluq və həmrəyliyin təcəssümü kimi bütün dünyanın diqqətini özünə cəlb etsin. İnanırıq ki, bu, bütün müsəlman ölkələrinin media nümayəndələri üçün də əlverişli fürsət olacaq”.

    Prezident Administrasiyasının şöbə müdiri iclasdakı çıxışında İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin növbəti - 11-ci toplantısının Azərbaycanda keçirilməsini təklif edəcəyini bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi