Yuxarı
    Bağlamaq

    Əli Həsənov: “Azərbaycanla ABŞ arasında əməkdaşlıq bundan sonra da davam edəcək”

    “Ümid edirik ki, Qarabağla bağlı gözləntimiz doğrulacaq”

    “Ümid edirik ki, Qarabağla bağlı gözləntimiz doğrulacaq”

    Bakı. 10 noyabr. REPORT/ “Donald Trampın Amerikanın prezidenti seçilməsi xalqının seçimidir. Dünya birliyi kimi Azərbaycan da bu seçimə hörmətlə yanaşır. İki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq bundan sonra da davam edəcək”.

    “Report”un xəbərinə görə, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, Azərbaycanın ABŞ-dan gözləntisi Dağlıq Qarabağla bağlıdır: “Düşünürük ki, ABŞ ATƏT-in Minsk Qrupundakı fəaliyyətini aktivləşdirəcək. İnanırıq ki, Amerika bu istiqamətdə fəaliyyətini dinamikləşdirəcək. Donald Trampın rəhbərliyi ilə bir qədər də fəallaşacaqlar. Neçə illərdir həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapacaq, mövcud status-kvo aradan qalxacaq. Biz bunu gözləyirik və ümid edirik, gözləntimiz doğrulacaq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi