Yuxarı
    Bağlamaq

    ​Əli Həsənov: “Azərbaycan Prezidenti Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək”

    “Riqa Sammitində Azərbaycanı Novruz Məmmədov və Elmar Məmmədyarov təmsil edəcəklər”

    Bakı. 20 may. REPORT.AZ/ “Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-22-də Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin Riqa sammitində iştirak edə bilməyəcək”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

    Əli Həsənov qeyd edib ki, l Avropa Oyunlarının başlanmasına çox az vaxt qaldığına və bu mühüm tədbirə hazırlıq işləri son mərhələyə qədəm qoyduğuna görə, Azərbaycan Prezidentinin qrafiki həddən artıq sıxlaşıb. Buna görə də dövlət başçısı sammitdə iştirak edə bilməyəcək.

    Prezidentin köməkçisi bildirib ki, Riqa Sammitində Azərbaycanı Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi