Yuxarı

​Əli Həsənov: "Azərbaycan İsraili müttəfiqi və strateji tərəfdaşı hesab edir"

Azərbaycan digər ölkələrlə münasibətlərini öz maraqlarına uyğun qurur

Bakı. 27 may. REPORT.AZ/ "Azərbaycan İsraili müttəfiqi və strateji tərəfdaşı hesab edir".

"Report" "Jerusalem Post" qəzetinə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov İsrailə səfərinin yekunlarını şərh edərkən deyib. O, səfər çərçivəsində Azərbaycandan İsrailə köçən böyük yəhudi icmasının yaşadığı Akko şəhərinin meri Şimon Lankri ilə də görüşüb.

Ə.Həsənov bildirib ki, Azərbaycanla İsrail arasındakı münasibətlər bundan sonra da inkişaf edərək çiçəklənəcək. Prezidentin köməkçisi əlavə edib ki, İsrail həm də Yaxın Şərqdə mühüm dövlət olduğuna və inkişaf etmiş texnologiyalarına görə Azərbaycan üçün vacib ölkədir.

Ə.Həsənov qeyd edib ki, Azərbaycan digər ölkələrlə münasibətlərini öz maraqlarına uyğun qurur. 

* İkinci abzasda tərcümə zamanı səhvə yol verilib. İkinci abzası aşağıdakı kimi oxumaq lazımdır:

"Report" "Jerusalem Post" qəzetinə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda Azərbaycandan bu ölkəyə köçən böyük yəhudi icmasının yaşadığı Akko şəhərinin meri Şimon Lankri ilə görüşünün yekunlarına dair bildirib.

** Qeyd etmək lazımdır ki, "Jerusalem Post" İsrail nümayəndə heyətinin bu səfəri haqqında xəbəri 27 yanvar 2015-ci il tarixində dərc etmişdi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi