Yuxarı

Əli Həsənov: “Amnesty İnternational”ın nümayəndəsinin Bakıya buraxılmaması barədə iddialar əsassızdır”

“Bu təşkilatın adı ilə heç kim Bakıya gəlmək üçün müraciət etməyib”

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Amnesty İnternational” təşkilatının nümayəndəsinin Bakıya buraxılmaması barədə iddialara münasibət bildirib. 

“Report”un xəbərinə görə, Ə.Həsənov keçirdiyi mətbuat konfransında bildirib ki, bu iddiaların əsası yoxdur: “Birinci Avropa Oyunları ilə bağlı “Amnesty İnternational”ın adı ilə nə BEGOC-a, nə də müvafiq qurumlara, o cümlədən Dövlət Miqrasiya Xidmətinə viza almaq üçün heç kim müraciət etməyib. Sonradan məlum oldu ki, “Amnesty İnternational”ı təmsil etmək istəyən bəzi müstəqil ekspertlər, jurnalistlər dolayı, yəni qeyri-qanuni yollarla Azərbaycana daxil olmağa cəhd göstəriblər. Hansı ki, Azərbaycana qanuni qaydada daxil olmağın qaydaları var. Yəni dolayı yollarla Azərbaycana gəlmək istəyənlərin qarşısı qanuni şəkildə alınıb. Bir daha deyirəm: “Amnesty İnternational”ın adı ilə heç kim Bakıya gəlmək üçün müraciət etməyib. Ona görə də bu təşkilatın bəyanatları əsassızdır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi