Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb Azərbaycanın Baş naziri Əli Əsədov mayın 31-də Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Xarici siyasət
31 May , 2021 19:20
Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Əli Əsədov və Cahit Bağçı
0 : 00
0 : 00

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 31-də Türkiyənin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Baş nazir Türkiyə səfirinə Azərbaycandakı fəaliyyəti müddətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi