Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
14 Aprel , 2021 19:13
Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Erkan Özoral və Əli Əsədov

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi