Əli Əsədov Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb

Əli Əsədov Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb Dekabrın 15-də Tbilisidə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnun
Xarici siyasət
15 dekabr 2022 09:22
Əli Əsədov Tbilisidə Gürcüstanın Baş naziri ilə görüşüb

Dekabrın 15-də Tbilisidə Azərbaycanın Baş naziri Əli Əsədov ilə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında təkbətək görüş keçirilib.

Nazirlər Kabinetindən "Report"a bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə inkişafından məmnunluq ifadə olunub.

Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Tbilisidə keçiriləcək 9-cu iclasının əhəmiyyəti vurğulanıb.

Ə.Əsədovun rəsmi səfərinin və Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif istiqamətlərdə perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi