Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 30-da Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
Xarici siyasət
30 Oktyabr , 2020 20:22
Əli Əsədov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Bu gün Azərbaycanın Baş Naziri Əli Əsədov Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

Nazirlər Kabinetindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib.

Siyasi, ticari-itqisadi, hərbi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri ətraflı müzakirə edilib.

Ə.Əsədov Ermənistan silahlı qüvvələrinin hal-hazırda davam edən təcavüzü ilə bağlı Pakistanın Azərbaycana verdiyi dəstəyə və göstərdiyi qəti mövqeyə görə təşəkkürünü bildirib.

Səfir Bilal Haye Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi