Əli Əsədov İranın birinci vitse-prezidenti ilə görüşüb

Əli Əsədov İranın birinci vitse-prezidenti ilə görüşüb Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.
Xarici siyasət
6 Oktyabr , 2022 16:40
Əli Əsədov İranın birinci vitse-prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyaya işgüzar səfəri çərçivəsində Moskvada İranın birinci vitse-prezidenti Məhəmməd Mohberlə görüşüb.

Bu barədə "Report"a Nazirlər Kabinetindən məlumat verilib.

Görüşdə Azərbaycan-İran ikitərəfli münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Həmçinin ikitərəfli gündəliyə aid olan məsələlər, o cümlədən Azərbaycan ilə İran arasında nəqliyyat-kommunikasiya xətlərinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi