Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb Görüşdə Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Xarici siyasət
23 Avqust , 2016 17:04
Əli Əhmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 23 avqust. REPORT.AZ/ Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini – icra katibi Əli Əhmədov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Kroftsu qəbul edib.

YAP-ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Böyük Britaniya arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, üst-üstə düşən maraqlar iki ölkə arasında münasibətlərin bundan sonra da inkişafına əhəmiyyətli töhfə verəcək.

Görüşdə, həmçinin sentyabrın 26-da Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referenduma hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərdən bəhs edilib.

Son xəbərlər

Orphus sistemi