Əli Əhmədov Avstriya kanslerinin müavini ilə görüşüb

Əli Əhmədov Avstriya kanslerinin müavini ilə görüşüb Bakı. 18 sentyabr. REPORT.AZ/ Baş nazirin müavini Əli Əhmədov sentyabrın 18-də Azərbaycanda səfərdə olan Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici siyasət
18 Sentyabr , 2018 14:28
Əli Əhmədov Avstriya kanslerinin müavini ilə görüşüb
0 : 00
0 : 00

Bakı. 18 sentyabr. REPORT.AZ/ Baş nazirin müavini Əli Əhmədov sentyabrın 18-də Azərbaycanda səfərdə olan Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, Ə.Əhmədov bu səfərin iki ölkə arasında mövcud əlaqələrin daha da inkişafına təkan verəcəyini vurğulayıb.

O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra istər prezidentlər, istərsə də digər rəhbər heyətlər səviyyəsində qarşılıqlı səfərlər baş tutub: "Atılan addımlar iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə kömək edib. Azərbaycan hər zaman Avstriyaya dost ölkə kimi yanaşır".

Avstriya Kanslerinin müavini Haynts-Kristian Ştraxe Azərbaycana ilk dəfə səfər etdiyini və Bakının gözəlliyinə heyran qaldığını bildirib. Ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduqlarını qeyd edən Haynts-Kristian Ştraxe Avstriya rəhbərliyinin salamlarını Azərbaycan tərəfinə çatdırıb.

İki dövlətin oxşar cəhətlərinin olduğunu vurğulayan Avstriya Kanslerinin müavini hər iki ölkənin praqmatik və təhlükəsizlik siyasət yürütdüyünü qeyd edib.

Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan qonaq problemin dinc yolla həllinin tərəfdarı olduqlarını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi