Eldar Əzizov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Eldar Əzizov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.
Xarici siyasət
24 Fevral , 2020 19:11
Eldar Əzizov Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb.

Səfirlikdən “Report”a verilən məlumata görə, tərəflər görüş zamanı geniş əhatəli, xüsusilə də Ukrayna və Azərbaycanın inzibati-ərazi vahidləri arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər.

Görüşün nəticələrinə əsasən, tərəflər yeni qarşılıqlı əlverişli layihələrin həyata keçirilməsində maraqlı olduqlarını, eləcə də ticari-iqtisadi, mədəni-humanitar, turizm və digər sahələrdəki mövcüd əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə həmçinin Bakı şəhərində Ukrayna səfirliyi üçün binanın tikintisi məsələsinə də toxunulub.

Son xəbərlər

Orphus sistemi