Elçin Əmirbəyov: Bəzi Aİ rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır

Elçin Əmirbəyov: Bəzi Aİ rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır Bəzi Avropa İttifaqı rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır.
Xarici siyasət
14 Fevral , 2024 18:41
Elçin Əmirbəyov: Bəzi Aİ rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır

Bəzi Avropa İttifaqı (Aİ) rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır.

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal”a açıqlamasında Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrelin Azərbaycan əleyhinə səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.

E.Əmirbəyov vurğulayıb ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur.

Prezidentin nümayəndəsi qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və ölkə bu yaxınlarda bütün ərazisi üzərində suverenliyini tam bərpa edib:

“Bu gün bizim Azərbaycanın Qarabağ bölgəsi var, ona görə də "Dağlıq Qarabağ" köhnəlmiş və işlək olmayan bir addır”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti “Qarabağ iqtisadi rayonu” ifadəsindən istifadə etməyə çağırır və regionun “Dağlıq Qarabağ” adlandırılmasının qəbuledilməz olduğunu bildirir.

Son xəbərlər

Orphus sistemi