Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib

Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib Bakı. 1 iyun. REPORT.AZ/ Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
1 İyun , 2018 17:34
Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Əbdüləziz Buteflika Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik mətnində deyilir:

“Cənab Prezident, əziz qardaşım.

Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Əlcəzair Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq bağlarının möhkəmləndirilməsi və bütün sahələrdə mövcud olan ikitərəfli əlaqələrin qardaş xalqlarımızın maraqları naminə inkişaf etdirilməsi istiqamətində Sizinlə birgə işləmək əzmində olduğumuzu bir daha vurğulamaq istərdim.

Cənab Prezident, əziz qardaşım, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Son xəbərlər

Orphus sistemi