Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib

Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
28 May , 2021 15:20
Əlcəzair Prezidenti İlham Əliyevi təbrik edib
Abdelmacid Tebbun

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, təbrik mətnində deyilir:

"Cənab Prezident, əziz qardaşım.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırır, Uca Allahdan Sizə cansağlığı, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzu edirəm.

Zati-aliləri, ölkələrimizi birləşdirən dostluq və həmrəylik bağlarının möhkəmliyindən məmnunluğumu, müxtəlif sahələrdə ümumi maraqlarımıza xidmət edən əməkdaşlığımızı inkişaf etdirmək və qardaş xalqlarımızın istəklərinin reallaşmasını arzuladığımızı bildirmək istərdim.

Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatına hazırkı sədrliyinizlə dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək hər şey barədə Sizinlə məsləhətləşməyə və əlaqələndirməyə davam etmək, davamlı inkişaf hədəflərinə nail olmaq üçün hazır olduğumu qeyd etmək istərdim.

Cənab Prezident, əziz qardaşım, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Son xəbərlər

Orphus sistemi