Ekspert: "Logistika və təhlükəsizlik məsələlərində Azərbaycanın əhəmiyyəti şəksizdir"

Ekspert: "Logistika və təhlükəsizlik məsələlərində Azərbaycanın əhəmiyyəti şəksizdir" Cənubi Qafqazın logistika və təhlükəsizlik sahələrində Azərbaycanın əhəmiyyəti göz qabağındadır.
Xarici siyasət
9 İyul , 2021 17:03
Ekspert: Logistika və təhlükəsizlik məsələlərində Azərbaycanın əhəmiyyəti şəksizdir
Gela Vasadze

"Cənubi Qafqazın logistika və təhlükəsizlik məsələlərində Azərbaycanın əhəmiyyəti göz qabağındadır".

Bunu Avropa İttifaqı qonşuluq və genişləmə komissarı Oliver Varhelyinin Cənubi Qafqaza səfəri zamanı verdiyi bəyanatları “Report”a şərh edən gürcüstanlı politoloq Gela Vasadze bildirib.

Asiya və Avropa bazarları arasında kommunikasiyada Cənubi Qafqazın mühüm yerini qeyd edən politoloq Azərbaycanın da regionun ayrılmaz parçası və əsas hərəkətverici qüvvələrindən olduğunu dilə gətirib.

“Hazırda regionda yenidən nizamlama prosesi gedir. Aydındır ki, tərəflərin hərəsinin siyasətdə öz dəst-xətti var. Məsələn, Aİ sabitliyi saxlamaq üçün maliyyə proqramları tətbiq edir ki, bu da pandemiya dövründə xüsusi əhəmiyyət daşıyır” – deyən ekspert hazırda Avropaya qaz təchizatına dair bir neçə alternativin olduğunu qeyd edib.

“Belə alternativi Azərbaycan, Cənubi Qaz Dəhlizi olmadan təsəvvür etmək mümkün deyil" - o bildirib.

Son xəbərlər

Orphus sistemi